Neft qarışıqları

Brent (Brent Crude) - neftin etalon növüdür, Şimalda istehsal olunur. Adı çıxarılan bölgədəki yerin adı ilı bağlıdır, 1970 ci ildə kəşf edilmişdir. Faktiki olaraq Norvegiya ilə Şotlandiya sahillərində yerləşən Brent, Oseberg və Forties mənbələrindən çıxarılan neftin qarışığıdır. Beynəlxalq neft birjalarında satılan əsas netf markalarından biridir. Bu tip neftin qiyməti 1971 ildən etibarən dünyanın 40% çox çıxarılan neftin standartı kimi götürülür. 2007 ci ildən etibarən Brent nefti WTI mükafatı əsasında satılır ki, bu da hələ yaxın gələcəkdə də neft növlərinin bu marka ilə müqaisə olunacağından xəbər verir.

Urals - yüksək kükürd tərkibli neft sortu olub (tərkibində 1,3% kükürd var), Tatarstanın Xantı-Mansiyski vilayətindən çıxarılır. Əsas Urals istehsalçıları — «Rosneft», «Lukoyl», «Surqutneftqaz», «Qazprom neft», «TNK-BP» və «Tatneft» şirkətləridir. Rus neftinin qiyməti Brent neftinə nisbətən aşağı qiymətlərdə ölçülür ki, səbəb tərkibində çoxlu kükürd və ağır karbon qazlarının olmasıdır. Hal-hazırda Tatarıstan neftinin karbon qazından təmizlənməsi üçün xüsusi neftayırma zavodlarının tiklməsi planlaşdırılır. Özlüyündə Qərbi-Sibir yataqlarından çıxarılan yüksək keyfiyyətli neft sayıla bilər. Dünya bazarlarında bu neft sortu Siberian Light kimi tanınır.

WTI (West Texas Intermediate) - ABŞ-ın Texas ştatında çıxarılan neft markasıdır. Tərkibi 40° API, kükürd qarışığı — 0,4-0,5 %, əsasən benzin istehsalında istifadə olunur. Elə məhz buna görə ona ABŞ və Çində böyük tələb vardır.

Neft bazarının iştirakçıları

Neftçilər
Əsasən neft birjalara neft ixrac edən şirkətlərdən daxil olur. Ona görə də neft ixrac edən kiçik və ya iri şirkətlər birjaya təsir edə bilirlər.

Sənaye

Bu kateqoriyaya nefti emal edən sənaye müəssisələrini daxil etmək olar. Bu rolda əsaən elə nefti çıxaran şirkətlər çıxış edir.

Əmtəə və neft birjası

Bəzi ölkələrdə iri əmtəə birjaları neftin ticarəti ilə də məşğul olurlar.

İnvestorlar

Предлагаем начать торговлю с бездепозитным бонусом